Ölkə
AZƏRTAC
Beyləqanda “Xəmsə liqa”sının növbəti yarışı keçirilib
Beyləqan, 29 mart,
AZƏRTACBeyləqan rayonunda “Mil” İntellektual Klubunun təşkilatçılığı ilə “Xəmsə liqa”sının növbəti yarışı keçirilib.
AZƏRTAC
xəbər verir ki, liqanın keçirilməsində məqsəd yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkilinə şərait yaratmaq, ümumi dünyagörüşün inkişafına təkan verən “Xəmsə” Milli İntellektual Oyununun regionlarda daha da populyarlaşdırılmasına təkan verməkdir.
Beyləqan şəhərindəki şahmat məktəbində təşkil edilən liqa gərgin mübarizə şəraitində keçib. Yarışda Beyləqan şəhəri ilə yanaşı, kənd məktəblərinin komandaları da iştirak edib. Üçüncü həftənin nəticələrinə əsasən “Mil”, “4+1” və “Ekstrimal” komandaları müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülüb.