Ölkə
AZƏRTAC
Beyləqanda “Xəmsə liqa”sına start verilib
Beyləqan, 15 mart,
AZƏRTACBeyləqan rayonunda “Mil” İntellektual Klubunun təşkilatçılığı ilə “Xəmsə liqa”sına start verilib.
AZƏRTAC
xəbər verir ki, liqanın keçirilməsində məqsəd yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkilinə, ümumi dünyagörüşünün inkişafına təkan verən “Xəmsə” Milli İntellektual Oyununun regionlarda daha da populyarlaşmasına şərait yaratmaqdır.
Gənclər Mərkəzində 8 komandanın iştirakı ilə başlayan yarışda Beyləqan şəhəri ilə yanaşı, kənd məktəblərinin komandaları da iştirak ediblər. Birinci həftənin nəticələrinə görə “Legion”, “Mil”, “4+1” komandaları müvafiq olaraq 1-ci, 2-ci, 3-cü yerlərə layiq görülüblər.
İki dövrədən ibarət “Xəmsə liqa”sında komandaların nəticələrinə əsasən reytinq cədvəli tərtib ediləcək.