Ölkə

Beyləqanda soyqırımı qurbanlarının xatirəsi yad olunub

Metbuat.az

Beyləqan, 31 mart,

AZƏRTAC

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Beyləqan şəhərindəki “Azərbaycanlıların soyqırımı” abidə-kompleksi önündə ümumrayon anma mərasimi keçirilib.


AZƏRTAC

xəbər verir ki, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, ziyalılar, ağsaqqallar, müharibə veteranları, gənclər abidə önünə gül-çiçək dəstələri düzərək, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər.


Anma mərasimində çıxış edənlər son iki əsrdə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətindən, 1918-ci il mart-aprel aylarında törədilən kütləvi qırğınlardan bəhs edib, həmin dövrdə baş verənləri bəşəri cinayət adlandırıblar.


Çıxışlarda ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında bu qanlı cinayətə əsl hüquqi və siyasi qiymətin verildiyi bildirilib, mənfur düşmənlərimizin məkrli niyyətləri barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında dövlətimizin başçısının fəaliyyəti yüksək qiymətləndirilib.