Dünya

Berluskoni cəza çəkir

Metbuat.az

İtaliyanın keçmiş baş naziri Silviyo Berluskoni məhkəmənin ona maliyyə fırıldaqçılığı işi üzrə verdiyi ictimai cəzanı yerinə yetirib.



ANS PRESS-in məlumatına görə, 78 yaşlı siyasətçi Çezano-Boskonedə San Pietro qocalar evində asudə vaxtının son bir neçə saatını buradakı yaşlı insanlarla birlikdə keçirib.



S.Berluskoni ona aid olan "Mediaset" korporasiyasının fəaliyyəti ilə əlaqədar vergi fırıldaqçılığında günahkar kimi tanınıb. Keçən il sabiq-baş nazir vergi ödənişindən boyun qaçırdığına görə dörd illik cəzaya məhkum edilib, ancaq sonra cəzanın növü ictimai cəza ilə əvəzlənib.



Xatırladaq ki, Milan Məhkəməsinin qərarına əsasən, Berluskoni hər həftə dörd saat qocalar evində ictimai işlərlə məşğul olur.

Mənbə
ANS PRESS