Digər
Bərdədə küçədə iki avtomat silah tapılıb
[ 18 Mart 2015 13:19 ]
Bakı. Fuad Cəfərov - APA. Bərdədə küçədə iki ədəd silah aşkar edilib.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Qasımbəyli kəndinin ərazisindən 2 ədəd qumbara, 420 ədəd müxtəlif çaplı patron, 1 ədəd “AKM” markalı və 1 ədəd nömrəsi silinmiş “AKS” markalı silahlar tapılıb.