Ölkə

Bərdədə istehlakçıların qiymətdə aldadılmasının qarşısı alınıb

Metbuat.az

Bakı, 12 mart,

AZƏRTAC

 


İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında aparılan nəzarət tədbirləri zamanı Bərdə şəhəri, Bakı küçəsində Mehman İsayevə məxsus “Dəniz” marketdə təklif olunan malların nəzarət kassa aparatının yaddaşında olan qiymətlərinin yarlığındakı qiymətlərdən artıq göstərilməsi ilə istehlakçıların qiymətdə aldadıldığı aşkar olunub.


Nazirlikdən

AZƏRTAC

-a bildiriblər ki, qanun pozuntusuna yol vermiş şəxslər barəsində müvafiq tədbirlər görülür.