Digər
Milli.Az
Bərdədə ağır qəza: ölən və yaralananlar var
Bərdə rayonunda ağır yol qəzası baş verib.
Lent.az-ın məlumatına görə, rayonun Əyricə kəndi ərazisində "VAZ 2106" "QAZ 2400" markalı iki minik avtomobili toqquşub. Nəticədə 1 nəfər hadisə yerində keçinib, daha 3 nəfər isə ağır xəsarətlər alıb və Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.
Milli.Az