Ölkə

Belarusda qətlə görə axtarışda olan azərbaycanlı tutuldu

Metbuat.az

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir İlkin İzzət/

Belarusda axtarışda olan şəxs Azərbaycanda tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Goranboy rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Belarusda axtarışda olan Seymur Nəsibov tutulub.

S.Nəsibovun barəsində Belarus Cinayət Məcəlləsinin 139-cu maddəsi (qəsdən adam öldürmə) ilə axtarış elan edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az