Digər

Belarusda qətl hadisəsi törədən şəxs Goranboyda yaxalanıb

Metbuat.az

[ 29 Mart 2015 13:39 ]



Bakı. Fuad Cəfərov - APA. Belarusda axtarışda olan şəxs Azərbaycanda saxlanılıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Belarus Cinayət Məcəlləsinin 139-cu maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Seymur Nəsibov tutulub.