Ölkə
ANS PRESS
Bayramda qaçırdığı maşını vurdu
Qubada oğurlanan “Mercedes” markalı avtomobil Siyəzən rayonu ərasizində tapılıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, martın 21-də Bakı şəhər sakini Elvin Rəsulov Quba rayon polis şöbəsinə müraciət edərək martın 20-də Çiçi kəndindən “Mercedes” markalı avtomobilinin qaçırılmasını bildirib.
Quba rayon polis şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin Sumqayıt şəhər sakini Elvin Əliyev tərəfindən qaçırılması və Şabran rayonu ərazisində idarə edilərkən yol ayırıcısına vurulması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
MənbəANS PRESS