Digər

Bayram günü yas çadırı quracaqlar

Metbuat.az

Bu gün günorta saatlarında Bakı-Qazax magistral yolunun 207-ci kilometrliyində, Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisində 1 nəfərin ölümü, 4-nün yaralanması ilə nəticələnən avtomobil qəzası baş verib.



Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Bakı istiqamətində hərəkətdə olan, Qazax rayon sakini

Cavid Hüseynov

un idarə etdiyi “Mercedes” markalı avtomobillə Qazax istiqamətində hərəkət edən, Şəmkir rayon sakini

Əbülfəz Əliyev

in idarə etdiyi “Mercedes Vita” markalı sərnişin mikroavtobusu qarşı-qarşıya gəlib. Avtomobillər bir-birinə toxunsa da,  Cavid Hüseynov idarə etdiyi “Mercedes” markalı avtomobili kənara çəkə bilib. Bu zaman onun arxasınca gələn “VAZ 2107” markalı minik avtomobili ilə “Mercedes Vita” toqquşub.



Nəticədə “VAZ 2107” markalı avtomobildə olan 1 nəfər dünyasını dəyişib, 4-ü yaralanıb. Onlar Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilblər. Hazırda ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırmalara başlanılıb.



Milli.Az