Digər
Milli.Az
Bayram günü daha bir faciə
Novruzu qeyd etmək üçün evə gedən şəxsi maşın havaya uçurdu
Bayram günü Bakıda ağır yol qəzası baş verib.
Milli.Az xəbər verir ki, hadisə şahidlərinin
anspress-ə verdiyi məlumata görə, paytaxtın Səbail rayonunda Bayraq meydanı istiqamətində ölümlə nəticələnən yol qəzası olub.
Belə ki, sürətlə hərəkət edən BMW markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Piyada hadisə yerindəcə keçinib. Şahidlərin sözlərinə görə, piyada zərbənin təsirindən havaya qalxaraq 15 metr kənara düşüb.
Ölən şəxsin evə getdiyi ehtimal edilir. Çünki əlində bayram bazarlığı olub və hamısı yola dağılıb.
Milli.Az