Ölkə

Bayram günləri Bakı küçələri dolu olacaq

Metbuat.az

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin əməkdaşları bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaqlar.



Qurumun mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, iş günlərilə müqayisədə bayram günlərində nəqliyyat vasitələrinin sayının azlığı nəzərə alınaraq həyata keçirilən işlərlə yanaşı, digər ərazilərdə nəzərdə tutulan işlər davam etdiriləcək.



Bunların sırasında Heydər Əliyev Mərkəzinin qarşısından Baş Polis İdarəsinə qədər olan hissədə asfalt-beton örtüyünün üst qatının yenilənməsidir.



Bundan başqa, Ziya Bünyadov prospektinin Azadlıq və Atatürk prospektləri ilə kəsişməsində yerləşən yolötürücülərin Xutor dairəsindən Böyük Şor istiqamətinə olan hissəsində temperatur tikişlərinin dəyişdirilməsi və hazırda həyata keçirilən digər işləri göstərmək olar.



Bundan əlavə, bayram günlərində Cəmiyyətin mərkəzi aparatında 24 saat ərzində fəaliyyət göstərən növbətçilər avtomobil yollarındakl vəziyyət və görülən işləri qeydə alacaqlar.



Məlumat vermək məqsədilə 012-493-76-17, 012-499-79-14 nömrələrinə zəng vuraraq növbətçilərlə əlaqə saxlamaq olar.

Mənbə
ANS PRESS