Digər

"Başının altına yığdığı" başına bəla oldu - VİDEO

Metbuat.az

Sumqayıt polisi şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfəri saxlayıb. Əməliyyat zamanı vətəndaşlardan heroin və marixuana götürülüb.



Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhərin 13-cü mikrorayon, ev 52, mənzil 32-də yaşayan 29 yaşlı

Ramin Əhmədov

şübhəli şəxs qismində saxlanılaraq idarəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman cibindən narkotik maddə hesab edilən 1.665 qram heroin aşkarlanaraq götürülüb. Qeyd edək ki, saxlanılan şəxs əvvəllər məhkumluq həyatı yaşamayıb.



Sumqayıt polisinin keçirdiyi daha bir əməliyyat nəticəsində şəhərin 45-ci məhəllə, ev 81 mənzil 54-də qeydiyyatda olan, Bakı şəhər Nizami rayon 8-ci kilometr qəsəbəsi ərazisində kirayədə yaşayan 26 yaşlı

Vahid Məcidov

saxlanılıb.



Vahid Məcidov - saxlanılan şəxs: "Özüm çəkəniyəm də. Birdəfəlik alıb atdım başımın altına, hər dəfə gedib almayacağam ki".



Onun əlində gəzdirdiyi sellofan torbaya baxış zamanı oradan narkotik maddə hesab edilən 445 qram marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs əvvəllər də məhkumluq həyatı yaşayıb.



Hər iki faktla bağlı araşdırma aparılır. Hazırda polis narkotik vasitələrin haradan əldə edildiyini araşdırır. 



Region TV

Videonu izləmək üçün şəklə klikləyin.