Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanma yerində monitorinq keçirilib
[ 10 Mart 2015 17:18 ]
Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov köməkçiləri Bəhmən İmanov və Cəlal Salayevlə birlikdə Daxili İşlər Nazirliyinin (DİN) tabeliyində olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanma yerində monitorinq keçirib.
Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, orada saxlanılan şəxslərlə görüşüblər: “Orada on iki nəfər saxlanılır. Hər hansı şikayətləri yoxdur. Bundan əlavə, biz Nərimanov rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində monitorinq keçirdik. Orada isə 10 nəfər saxlanılırdı. Monitorinq zamanı bizə hər hansı şikayət daxil olmadı. Saxlanma şəraiti normaldır. Saxlanılan şəxslər əsasən dələduzluq və narkotik vasitələrlə bağlı cinayət əməli törədən şəxslərdir”.
E.Behbudov sabah Xəzər, Suraxanı və Sabunu rayon polis şöbələrinin müvəqqəti saxlanma yerlərində monitorinq keçirəcəklərini bildirib.