Baş məşqçi üzr istədi
Çernoqoriyanın baş məşqçisi Branko Brnoviç 2016-cı il Avropa çempionatının seçmə oyunları çərçivəsində Rusiya yığması ilə keçirilən görüş zamanı azarkeşlərin davranışına görə rəqib komandanın futbolçularından üzr istəyib.
ANS PRESS-in məlumatına görə, o deyib ki, bu hadisəyə görə biz hamımız, eləcə də oyunçularım çox məyus olub. Hər şeydən əvvəl rəqib komandanın futbolçularından baş verən olaylara görə üzr istəyirəm. Heç kim belə olacağını bilmirdi. İndi bizi boş tribunalar gözləyir, oyunlarımızı tamaşaçısız keçirəcəyik."
Podqorisedə martın 27-də baş tutan qarşılaşmanın ilk dəqiqəsində tribunalardan yerli azarkeşlərdən biri alışdırıcı maddə atıb, Rusiya yığmasının və Moskvanın MOİK klubunun qapıçısı İqor Akinfeyev zədələnib. Qapıçı xəstəxanaya yerləşdirilib, ona beyin silkələnməsi və yanıq diaqnozu qoyulub.
Bu hadisədən sonra görüş dayandırılıb və bir neçə dəqiqə sonra yenidən başlayıb. Görüşün 67-ci dəqiqəsində yarımmüdafiəçi Roman Şırokov penaltini reallaşdıra bilməyib. Bundan sonra tribunadan atılan növbəti yad maddə Rusiya yığmasının başqa oyunçusu Dmitri Kombarova dəyib. Hesab açılmadan baş hakim Deniz Aytəkin oyunu dayandırıb.
MənbəANS PRESS