İdman

“Barselona”nın əfsanəvi futbolçusu Qətərə gedir

Metbuat.az
İspaniyanın “Barselona” klubunun əfsanəvi futbolçusu Xavi Hernandes bu mövsümün sonuna yaxın Qətərin “Əl-Sədd” klubuna keçəcək.
 
Trend-in İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, artıq 35 yaşlı oyunçu klubla 3 illik müqavilə də imzalayıb.
 
Xavi yeni klubunda illik 10 milyon avro maaş alacaq. O, Qətər klubunda çıxış edəcəyi müddətdə məşqçi lisenziyasını almağı da planlaşdırır.

Milli.Az