Ölkə

“Barattson” Biznes və Maliyyə Məktəbi Azərbaycan Universitetində təlim keçib

Metbuat.az

Bakı, 7 mart,

AZƏRTAC

“Barattson” Biznes və Maliyyə Məktəbi (Barattson School of Business & Finance) tərəfindən Azərbaycan Universitetində “Qeyri-maddi aktivlər mövzusunda ustad dərsi keçirilib.


Universitetdən

AZƏRTAC

-a bildiriblər ki, biznes və iqtisadiyyat ixtisasları üzrə təhsil alan tələbələrin iştirak etdikləri ustad dərsi məktəbin təsisçisi Elşən Rəhimov tərəfindən aparılıb.


Təlimdə qeyri-maddi aktiv anlayışı, tarixi, növləri, formalaşması, qeyri-maddi aktivlərin dəyərləndirilməsi və hüquqi əsasları kimi mövzulardan söz açılıb, iştirakçıların sualları cavablandırılıb.


İngilis dilində aparılan təlimin sonunda 80-dən artıq iştirakçıya “Barattson” məktəbi tərəfindən sertifikat təqdim edilib.