Ölkə

​Banqladeşin Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb

Metbuat.az

Bakı. 19 mart. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Banqladeş Xalq Respublikasının səfiri Zulfiqur Rəhmanı Azərbaycan Respublikasında diplomatik fəaliyyətinin bitməsi ilə əlaqədar qəbul edib.


XİN-dən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Banqladeş arasında əlaqələrin inkişafı barəsində fikir mübadiləsi aparılıb.


Xarici işlər naziri Elmar Məmmədyarov səfir Zulfiqur Rəhmana gələcək fəaliyyətində uğurlar arzu edib.