Digər

Balakəndə qadın müəmmalı şəkildə bıçaqlanıb

Metbuat.az

Balakəndə bir uşaq anası müəmmalı şəkildə bıçaqlanıb.



Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX)

APA

-ya verilən məlumata görə, rayonun Talalar kənd sakini, 1994-cü il təvəllüdlü

Sahibə Cavad qızı Məmmədova

qarın boşluğunun kəsilmiş və daxilə nüfuz edən bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub. 21 yaşlı Sahibə Məmmədovanın üzərində  cərrahiyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.


 


Balakən Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə ilə bağlı cinayət işi başlayıb. Sahibə Məmmədovanın bıçaqla özü-özünə xəsarət yetirməsi və yaxud başqa bir şəxs tərəfindən bıçaqlanması araşdırılır. Məlumatda bildirilir ki, Sahibə Məmmədova evlidir və onun bir yaşı tamam olmayan körpə uşağı var.



Milli.Az