Ölkə

Balakəndə Novruz şənliyi keçirilib

Metbuat.az

Balakən, 20 mart,

AZƏRTAC

Balakən şəhərindəki ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında ümumrayon Novruz şənliyi keçirilib.


AZƏRTAC

xəbər verir ki, tədbir baharın gəlişini bildirən bayram tonqalının alovlandırılması ilə başlayıb.


Sonra rayon rəhbərliyi və qonaqlar parkda xalqımızın milli adət-ənənələrini özündə əks etdirən sərgilərlə tanış olub, el sənətkarlarının əl işlərinə baxıblar.


Tədbirdə ən qədim adət-ənənələrimizdən olan Novruzun xalqımız tərəfindən həmişə böyük sevinc və coşqu ilə qarşılandığı qeyd olunub, bu bayramın yüksək səviyyədə keçirilməsində Ulu Öndərin xidmətləri xüsusi vurğulanıb. Bildirilib ki, bu ənənə indi də davam etdirilir. Prezident İlham Əliyev hər il Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində iştirak edir, xalqımıza təbrik və xoş arzularını çatdırır.


Bayram tədbiri rəngarəng konsert proqramı ilə davam edib.