İdman
AZƏRTAC
“Baku Fires” boks komandası səfərdə “İtalia Thunder”ə qalib gəlib
Bakı, 10 mart,
AZƏRTAC“Baku Fires” komandası İtaliyanın Milan şəhərində Dünya Boks Seriyası (WSB) Liqasının 8-ci turunda qələbə qazanıb.
AZƏRTAC
xəbər verir ki, “İtalia Thunder” klubunun qonağı olan “Baku Fires” rəqibini 4:1 hesabı ilə məğlub edib.
Komandamızın heyətində Murad Rabadanov (52 kq), Albert Səlimov (60 kq), Pərviz Bağırov (69 kq) və Arslanbek Mahmudov (91 kq-dan yuxarı) rinqdən qalib ayrılıblar.
Xatırladaq ki, Qubada keçirilən görüşdə də “Baku Fires” klubu “İtalia Thunder” üzərində 4:1 hesabı ilə qələbə qazanmışdı.