Sosial

Bakıya toxundum… əsdi ürəyim - FOTO

Metbuat.az

Xəzər kənarında lövbər salmış böyük gəmi və o gəmilərə qucaq açan nəhəng liman təkidir Bakı.



Baxdıqca nəzərlərin səni uzaqlara aparır və o ənginliklərin içində fikirlərinə dolaşanda anlayırsan ki, yerindəsən, tərpənməyibsən, gördüklərin hisslərini oynadaraq səni də irəlilədir.



Bakı dəyişir.



Bizim kimi.



Qocalır, cavanlaşır, böyüyür - hər birimiz və yanımızdakı fərdlər təki.



Bakı yaşadığımız, həyat enerjisinin səpələndiyi və sonradan kürreyi-ərzin işığı təki bizə qayıdan bir məkandır. Bakı, Xəzərdə simasını yuyan və bizə baxıb özümüzü bizə göstərən şəhər...



Ceyhun Ələkbərov
Milli.Az





Milli.Az