Bakının ev bazarında sevgi faciəsi - TƏFƏRRÜAT
Azərbaycanın daşınmaz əmlak bazarındakı bazara dönən böhran artıq cinayətlərə də səbəb olur. Son illərdə ilk dəfə olaraq ev alqı-satqısı ilə məşğul olan adam şəxsi problemlərini iş yerində “həll edib”.
Bakıda makler öz ofisində sevgilisini ağlagəlməz zərbə ilə öldürüb. Milli.Az xəbər verir ki, cinayət Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib.
Nurəddin Bayramovötən gün Müslüm Maqomayev küçəsində yerləşən ev alqı-satqı ofisində sevgilisi, 45 yaşlı
Zeynəb Alışovailə görüşüb.
Onlar elə həmin ofisdə birlikdə yeyib-içiblər. Sonra N.Bayramov qarşısında əyləşən sevgilisinə: “Gəl, ürəyimə yaxın ol”, - deyərək sol tərəfində yer edib. Bundan sonra onların arasında mübahisə düşüb. Nurəddin əsəbləşərək sağ əli ilə Zeynəbin boğazına iki zərbə vurub. Qadın aldığı xəsarətdən yerindəcə keçinib. Təcili yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Sabunçu Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, N.Bayramov artıq tutulub. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.
Anar Məmmədov
Milli.Az