Sosial

Bakının əsas prospektində iş asanlaşdı

Metbuat.az

H.Əliyev Mərkəzinin qarşısından gələrək "Ramstor" yolötürücüsünün alt hissəsində dönmə əməliyyatı edib yenidən H.Əliyev prospektinə qayıdan nəqliyyat vasitələri üçün yaranan çətinlikləri aradan qaldırmaq məqsədilə genişləndirilmə işi həyata keçirilib.



Bunu Milli.Az-a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi

Pünhan Mürsəliyev

deyib.



Eyni zamanda Yusif Səfərov küçəsi və Babək prospektindən gələn nəqliyyat vasitələri üçün yaranan maneələri nəzərə alaraq həmin ərazidə yolun hərəkət hissəsi 1 zolağa uyğun genişləndirlib.



Bu həmin ərazidə olan sıxlığın aradan qaldırılmasına hesablanıb.



Milli.Az