Ölkə
Mənbə
ANS PRESS
Bakının bu yolu tamamilə yenilənir (FOTO)
Yusif Səfərov küçəsinin Baş Polis İdarəsinin qarşısından Heydər Əliyev prospektinə qədər olan hissəsində təmir işləri davam etdirilir.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, artıq yeni dönmə əməliyyatı üçün nəzərdə tutulan keçid hazırdır.
Genişləndirilən digər ərazidə səki daşları düzülərək köhnə asfalt-beton örtüyünün qaşınması işləri başa çatdırılıb.
Qeyd edək ki, bu gün səhər saatlarından yeni asfalt-beton örtüyünün döşənməsinə başlanılıb.
Mənbə
ANS PRESS