Ölkə

Bakıdan təyyarə qəzası ilə bağlı açıqlama

Metbuat.az

Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbçilərinin də qatıldığı Konyadakı təlimlərdə təyyarənin qəzaya uğraması xəbərinə aydınlıq gətirib.



Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə bildiriblər ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbçiləri və təyyarələri təlimlərdə tam heyətlə iştirak edir və hər hansı problemləri yoxdur.



Qeyd edək ki, bir qədər əvvəl Türkiyə Silahlı Qüvvələri təlim təyyarəsinin qəzaya uğraması barədə məlumat yaymışdı. ANS PRESS-in Türkiyə mətbuatına istinasdən verdiyi məlumata görə, qəzada iki pilotun şəhid olmasını təsdiqlənib.



Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən "TurAz Şahini 2015" təlimləri başlayıb.



Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd MiQ-29 qırıcı, 3 ədəd Su-25 hücum və İl-76 hərbi-nəqliyyat təyyarəsi müştərək təlimlərdə iştirak etmək məqsədilə Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazaya gəlib.



Eyni zamanda "İŞIK-2015" beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin 4 ədəd Mi-17 döyüş-nəqliyyat helikopterləri də təlim keçiriləcək Konyadakı aviabazaya yollanıb.



Təlimlərdə Azərbaycan və Türkiyə ilə yanaşı bir sıra ölkələrin Hərbi Hava Qüvvələrinin vasitələri müştərək fəaliyyətlərin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, o cümlədən axtarış-xilasetmə və digər tapşırıqları yerinə yetiriləcəklər. Təlimlər aprelin 13-dək davam edəcək.



Mənbə
ANS PRESS