Bakıdan Tbilisiyə bayram qatarı gedəcəkmi?
Milli.Az xəbər verir ki,
Day.Azsaytının Zaur adlı oxucusu belə bir sual ünvanlayıb. Onun sözlərinə görə, 2014-cü ilin dekabr ayında ailəlikcə qonşu ölkəyə istirahətə getmişdilər. O, bu bayramda da əlavə reysin olub-olmayacağı ilə maraqlanır.
Saytın əməkdaşı məsələ ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi
Nadir Əzməmmədovla əlaqə saxlayıb.
"Bakı-Tbilisi xətti üzrə sonuncu dəfə turistik qatar 2014-cü ilin dekabr ayında yola salınıb. bayram günlərində bu istiqamətdə sərnişin sıxlığı müşahidə edilir. Bu səbəbdən də əlavə marşrut açmağı qərara almışdıq", - deyə qurum rəsmisi bildirib.
Novruz bayramında da əlavə qatar olub-olmayacağı barədə sualı isə belə cavablandırıb:
"Turizm şirkətlərindən bizim quruma müraciət daxil olmayıb. Adətən turizm şirkətləri bizə müraciət edirlər. Bu il isə heç kim müraciət etməyib", - Nadir Əzməmmədov bildirib.
Milli.Az