Digər

Bakıdakı qətlin xalq artistinin keçmiş ərinin evində baş verdiyi məlum olub - FOTO

Metbuat.az

Martın 8-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verən qətlin təfərrüatları məlum olub.



Report

”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, qətl Azərbaycanın xalq artisti

Nuriyyə Əhmədova

nın keçmiş həyat yoldaşı

Xanlar İbadov

un evində baş verib.



Belə ki, qətlə yetirilən

Sabir Qurbanov

və onunla qeyri-rəsmi nikah münasibətlərində olan

Yelena Maxrova

X. İbadovun evində yaşayıblar. Y.Maxrova mübahisə zəminində S.Qurbanovu qətlə yetirib.



“Report” qətli törədən qadının fotosunu da əldə edib.



Qeyd edək ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 13-cü Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Maxrova tutulub.



Faktla bağlı araşdırmalar davam etdirilir.



Milli.Az