Digər

Bakıda zəncirvari qəza

Metbuat.az
Şərifzadə küçəsində zəncirvari qəza baş verib

Yasamal rayonunda zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı üç “Mercedes” və bir “Toyota” markalı nəqliyyat vasitələri toqquşub. Qəza isə Yasamal rayonu Şərifzadə küçəsində qeydə alınıb. Hadisə zamanı əvvəlcə Şərifzadə küçəsində

Tural Hidayətov

idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsi ilə işıqforun qırmızı işığında dayanan,

Ramiz Əlirzayev

ə məxsus eyni markalı avtomobillə toqquşub. Daha sonra isə nəqliyyat vasitələri “Toyota” və

İntiqam Qarayev

ə məxsus başqa bir “Mercedes” markalı avtomobillərə də çırpılıb.



Milli.Az-ın

anspress

-ə istinadən məlumatına görə, qəzadan sonra hadisə yerinə Yasamal Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları cəlb olunublar.



Hadisəyə səbəb olan “Mercedes”in sürücüsü Tural Hidayətovun və əzilən digər nəqliyyat vasitələrinin sahiblərinin sənədləri yoxlanılıb. Avtomobillər isə cərimə dayanacağına aparılıb. Qəza törədən sürücülərin izahatları alınandan sonra isə hadisəyə hüquqi qiymət veriləcək.



Milli.Az