Ölkə

Bakıda yolu keçmək istəyən qadını maşın vurub öldürdü

Metbuat.az

Sabunçu rayonunun Maştağa qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Daxili işlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qəsəbə sakini Vasif Abışov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Nərgiz Nəcəfovanı vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.