Digər
Bakıda yaşayış binasında yanğın baş verib, 15 sakin təxliyə olunub
[ 03 Mart 2015 23:53 ]
Bakı-APA. Bakıda yaşayış binasında yanğın baş verib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 4 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin 2 otağı, dəhlizi və vanna otağının yanar konstruksiyaları 30 kv.m sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən binadan 15 nəfər sakin təhlükəsiz yerə təxliyə olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.