Ölkə

Bakıda yaşayış binasında yanğın

Metbuat.az

Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub. Lent.az-ın məlumatına görə, binanın pilləkən qəfəsinin altında yığılmış məişət tullantıları, istifadəsiz avtomobil ehtiyat hissələrinin olduğu 6 kv.m sahədə yanıb.

Bundan əlavə, pilləkən qəfəsində quraşdırılmış elektrik sayğacı və 6 ədəd qaz sayğacı yanaraq kül olub.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər sakin təhlükəsiz yerə təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub.