Ölkə

Bakıda yaşayış binasında yanğın

Metbuat.az

Bakıda yanğın hadisəsi qeydə alınıb.



ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumatına görə,Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 115 kv.m olan taxta konstruksiyalardan ibarət ikimərtəbəli 3 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 30 kv.m sahədə yanıb.



Yanğın zamanı bir nəfər vətəndaş yanğınsöndürənlər tərəfindən yanğından xilas edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın saat 21:20-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mənbə
ANS PRESS