Digər

Bakıda yanğınsöndürənlər bir nəfəri xilas edib

Metbuat.az

[ 09 Mart 2015 00:26 ]



Bakı-APA. Bakının Nəsimi rayonunda yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, ümumi sahəsi 115 kv.m olan taxta konstruksiyalardan ibarət ikimərtəbəli 3 otaqlı evin ikinci mərtəbəsinin  yanar konstruksiyaları 30 kv.m sahədə yanıb.

Yanğın zamanı bir nəfər vətəndaş yanğınsöndürənlər tərəfindən xilas edilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.