Ölkə

Bakıda telefon oğrusu saxlanılıb

Metbuat.az

Bakıda telefon mağazasından oğurluq edilib.



Paytaxt sakini Hacıyev Ruslan Aydın oğlu Səbail rayon polis idarəsi 39-cu polis bölməsinə müraciət edərək işlədiyi mağazadan mobil telefonun oğurlanması ilə bağlı məlumat verib.



Faktla bağlı polis bölməsində əməliyyat qrupu yaradılıb. 39-cu polis bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı cinayəti törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü Cəlilov Elçin İlqar oğlu saxlanılıb.



Faktla bağlı saxlanılan şəxs barəsində bölmədə toplanan materiallar araşdırılması üçün Səbail rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib.


Mənbə
ANS PRESS Anar Qafarov