Digər

Bakıda tələbələr yol qəzasına düşüblər, ölən var

Metbuat.az
Bakıda bir nəfərin ölümü, digərinin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Yasamal Rayon Polis İdarəsindən

APA

-ya verilən məlumata görə, yol qəzası Yeni Dairəvi yolda qeydə alınıb.



Bakı şəhər sakini, Kooperasiya Universitetinin 2-ci kurs tələbəsi, 1994-cü il təvəllüdlü

Bağır Kamran oğlu Məmmədzadə

nin idarə etdiyi 99-CX-857 dövlət nömrə nişanlı “Opel” markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb.



Qəza nəticəsində avtomobildə olan sərnişinlər, Bakı şəhər sakinləri, Kooperasiya Universitetinin 2-ci kurs tələbəsi, 1996-cı il təvəllüdlü

Kamal Müşfiq oğlu İbadov

və 1994-cü il təvəllüdlü, Xarici Dillər Universitetinin 3-cü kurs tələbəsi

Cəmşid Cavanşir oğlu Bayramov

ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.



C. Bayramov aldığı xəsarətlərdən Klinik Tibbi Mərkəzdə ölüb.



Faktla bağlı araşdırma aparılır.



Milli.Az