Digər

Bakıda sürücü yol polislərini bıçaqla hədələdi

Metbuat.az
Hadisə ilə bağlı araşdırma aparılır

Bakıda yol polislərinin üstünə bıçaq çıxaran şəxs saxlanılıb.



Report-

un məlumatına görə, hadisə Azadlıq prospektinin M.Ə.Rəsulzadə qəsəbəsindən keçən hissəsində qeydə alınıb.



Belə ki, "Nissan" markalı avtomobillə hərəkət edən sürücü yol polisləri ilə mübahisə edib və onlara bıçaqla hədə-qorxu gələrək hadisə yerindən qaçmaq istəyib. Sürücünü təqib edən yol polisləri onu Binəqədi rayonu ərazisində - Əhməd Rəcəbli küçəsində saxlamağa nail olublar. Saxlanılan zaman avtomobildən sürücünün polislərə hədə-qorxu gələn zaman istifadə etdiyi bıçaq da aşkarlanıb. Bundan sonra sürücü şəxsiyyətinin dəqiqləşdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinə aparılıb. Hadisə ilə bağlı araşdırma aparılır.



Milli.Az