Bakıda sevgidən təmənna uman qadının qanı axıdıldı
Bakıda uzun müddət davam edən sevgi münasibətinə pul son qoyub. Milli.Az xəbər verir ki, ötən gün Binəqədi rayonunda 30 yaşlı
Aygün Xəlilovayaşadığı evdə bıçaqlanıb. İki uşaq anası olan Aygün Xəlilovanı bıçaqlayan şəxs artıq tutulub.
Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşları cinayətdə şübhəli bilinən Bakı şəhər sakini
İsmayıl Nağıyevi qandallayıblar.
Bölmədən öyrəndik ki, A.Xəlilova bir neçə il əvvəl ərindən boşanıb. Bundan sonra elə İsmayılla qeyri-rəsmi yaşamağa başlayıb. Hadisədən əvvəl onlar arasında pul üstündə narazılıqlar yaranıb. Aygün ona pul vermədiyinə görə tez-tez dava edib. Hadisə baş verən gün də eyni ssenari təkrarlanıb. Aygün sevgilisindən pul istəyib, onu dolandıra bilməməkdə günahlandırıb. Əsəbləşən İsmayıl isə işləmədiyi halda ondan pul tələb edilməsini qəbul etməyib. Bıçaqla sevgilisini vurub və evi tərk edib.
Yaralı qonşuların köməyi ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Əməliyyat olunan qadının həyatı xilas edilib. Hazırda başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.
Anar Məmmədov
Milli.Az