Digər

Bakıda qəzada iki nəfər öldü

Metbuat.az

Bakıda ağır yol qəzası qeydə alınıb.


 


APA

-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 9-da saat 23:00 radələrində Sabunçu qəsəbəsində Şamaxı rayon sakini

Şəqin Məmmədov

idarə etdiyi “BMW” markalı avtomobili yol ayırıcısına vurub. Sürücü və sərnişini

Afət Şəhadətov

hadisə yerində ölüblər.


 


Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.



Milli.Az