Ölkə
AZƏRTAC
Bakıda “Qan və qan komponentlərinin hazırlanmasında müasir texnologiyalar” mövzusunda seminar işə başlayıb
Bakı, 18 mart, Elvira Məmmədova,
AZƏRTACMartın 18-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında “Qan və qan komponentlərinin hazırlanmasında müasir texnologiyalar” mövzusunda seminar keçirilib.
AZƏRTAC
xəbər verir ki, ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov tədbirin əhəmiyyətindən danışıb, onun işinə uğurlar arzulayıb.
Sonra Azərbaycanla yanaşı, Türkiyə, Tacikistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstandan olan yüksək ixtisaslı mütəxəssislərin yeni cihazların tətbiqi ilə bağlı məruzələri dinlənilib, iştirakçıların sualları cavablandırılıb.