Digər
Anar Məmmədov
Milli.Az
Bakıda qadından amansız 8 mart cinayəti
Qadınlar günü Bakıdakı qadınlardan biri hədiyyə almaq əvəzinə azadlığını həbsxanaya bağışladı. O, ərindən hədiyyə gözləmək əvəzinə, onu qətlə yetirib
Milli.Az xəbər verir ki, martın 8-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan əvvəllər məhkum olunmuş
Sabir Qurbanovuqeyri-rəsmi yaşadığı
Yelena Maxarovaöldürüb. Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşları Y.Maxarovanı qandallayıb.
Bölmədən Milli.Az-a bildirildi ki, hər iki şəxs tüfeyli həyat tərzi keçirir. Onlar Bakıxanov ərazisində digər tanışları ilə bir evi kirayə edib yaşayırmışlar. Hadisə baş verən gün S.Qurbanov evdəki tanışları ilə yeyib-içib. Evə gələn Yelena sərxoş olan əri ilə mübahisə edib. Əsəbini saxlaya blməyən qadın bıçaqla ona bir zərbə vurub. Daxili qanaxmadan S.Qurbanov elə evdə keçinib.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.-ci) maddəsi ilə cinayət işi başlanıb.
Anar Məmmədov
Milli.Az