Digər

Bakıda qadın sürücünün törətdiyi ağır qəzadan anbaan - VİDEO

Metbuat.az
İşıqforun qırmızı işığından keçən sürücü 3 maşını vurub əzdi
Avtosfer.az

saytı paytaxtın Bakıxanov küçəsində baş vermiş ağır yol qəzasının videosunu təqdim edir.



DİN-in "Təhlükəsiz şəhər" Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan görüntülərdən məlum olur ki, Bakıxanov küçəsində işıqforun qırmızı işığı yanır. Lakin ağ rəngli minik maşınını idarə edən xanım sürücü qırmızı işıqda hərəkəti davam etdirərək zəncirvari qəza törədir.



Onun kobud qayda pozuntusu ucbatından öz yolu ilə hərəkət edən 3 avtomobil əzilir. Toqquşma o qədər sürətlə baş verir ki, xanım sürücünün olduğu avtomobilin sürücü əyləşən tərəfi bərk əzilir. Bu səbəbdən də qəzadan sonra xanım sürücü maşından çıxa bilmir. Onu hadisə yerinə gələn yol polisləri və vətəndaşlar digər qapıdan çıxarırlar.



Kadrlarda görünür ki, maşında başqa bir xanım və azyaşlı da var. Maraqlısı budur ki, işıqforun qırmızı işığının yanmasına baxmayaraq, xanım sürücü hərəkəti sürətlə davam etdirir. Sanki o, işıqfora əhəmiyyət vermir...



Milli.Az