Digər

Bakıda piyadanı vuran sürücü hadisə yerindən qaçıb

Metbuat.az

[ 18 Mart 2015 12:57 ]



Bakı. Fuad Cəfərov - APA. Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 17-də saat 18 radələrində Nərimanov rayonunun Atatürk prospektində yolu keçən Bakı şəhər sakini Ramal Piriyev müəyyən edilməyən avtomobillə vurulub. R.Piriyevə xəstəxanada ilkin tibbi yardım göstərilib. 

Nərimanov Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.