Ölkə
AZƏRTAC
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib
Bakı, 29 mart,
AZƏRTACBakıda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Nizami rayonunda “VAZ” və “Chevrolet” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 1966-ci il təvəllüdlü Fərrux Ataman oğlu Şahbazov hadisə yerində həlak olub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 22:07-də başa çatıb.