Ölkə
Bakıda NATO nümayəndələrinin iştirakı ilə beynəlxalq konfrans keçiriləcək
Bakı, 18 mart,
AZƏRTAC
Martın 19-da Bakıda “NATO-nun Uels Sammitindən sonra Şimali Atlantika İttifaqı və tərəfdaş ölkələr arasında əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Azəbaycan Milli Elmlər Akademiyasından (AMEA)
AZƏRTAC-a bildiriblər ki, tədbir AMEA-nın İnsan Hüquqları İnstitutu, NATO-nun Azərbaycandakı Nümayəndəliyi və Rumıniyanın Azərbaycan Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə reallaşacaq.