Digər

Bakıda “Mercedes” elektrik dirəyinə çırpılaraq yanıb, 1 nəfər xəsarət alıb

Metbuat.az

[ 31 Mart 2015 05:27 ]



Bakı-APA. Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə,  paytaxtın Nərimanov rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili yolun kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində  yanğın hadisəsi baş verib. Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb. Avtomobildə olan sərnişin aldığı bədən xəsarətlərindən yanğınsöndürənlər tərəfindən Təcilli Tibbi yardım xidmətinə təhvil verilib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.