Digər
Bakıda mənzildə qadın meyiti tapılıb
[ 16 Mart 2015 16:37 ]
Bakı. Fuad Cəfərov – APA. Bakıda mənzildə qadın meyiti aşkar edilib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. FHN-in xilasetmə mənzilə baxış keçirərkən 1950-ci il təvəllüdlü Qarabağlı Nüşabə Yəhya qızının vəfat etdiyi müəyyən olunub.
N.Qarabağlının cəsədi aidiyyəti üzrə təhvil verilib.