Ölkə

Bakıda “Mədəni irs” gənclər festivalı keçiriləcək

Metbuat.az

Bakı, 12 mart,

AZƏRTAC

Martın 13-də “Atəşgah Məbədi” Dövlət Tarixi-Memarlıq Qoruğu ərazisində Gənclər və İdman Nazirliyi tərəfindən 100-ə yaxın tələbə və gəncin iştirakı ilə “Mədəni irs” gənclər festivalı keçiriləcək.


AZƏRTAC

xəbər verir ki, festivalın keçirilməsində məqsəd Azərbaycanın milli-mədəni irsinin, tarixinin, adət və ənənələrinin qorunub saxlanması və təbliğ edilməsidir.


Festival zamanı yerli və xarici qonaqlar adət-ənənələrimiz və mədəni irsimizlə yaxından tanış olacaqlar. Gənc aktyor və tələbələr baharın 4 ünsürünü- su, od, külək və torpaq çərşənbəsini rəqslərlə canlandıracaqlar. Eyni zamanda, qonaqlar milli və tətbiqi sənət məhsulları ilə tanış olacaq, milli mətbəximizin təamlarından dadacaqlar. Bununla yanaşı, pəhləvan, kəndirbaz və sehrbazlar öz məharətlərini nümayiş etdirəcək, muğam və milli musiqilər səsləndiriləcək.