Digər
Milli.Az
Bakıda maşın yandı
Bakıda avtomobil yanıb. Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Suraxanı rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili qəflətən alışıb. Maşının salon hissəsində sağ ön oturacaq yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Milli.Az